
Livan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah bölgədəki son olaylarla bağlı çıxış edib.
Az.shafaqna.com rasthaber-ə istinadən xəbər verir ki, Hizbullah lideri söhbətinin Livanla bağlı yerində bildirib ki, iqtisadiyyatın yaxşılaşdırılmasının milli bir mövzudur və məsələnin ciddiliyindən doğan səbəblərə görə diqqətli nəzarətə götürülməsinin önəminə toxunub.
Qərb ilə əlaqələrə də toxunan Nəsrullah “İsraildən başqa Livan bütün dünya ölkələrilə əməkdaşlıq edə bilər”, -deyə qeyd edib.
Sözlərinin davamında “Bəziləri, bizim üçün Qərbin bir oksigen olduğunu deyirlər. Biz bu oksigendən əl çəkin demirik. Amma əgər qərblilər bu oksigeni kəsərlərlə nə edə bilərik o vaxt, onu düşünək?”, – deyə Hizbullah lideri əlavə edib.
İranın illərdir ABŞ sanksiyalarına baxmayaraq ayaqda durduğunu bildirən Həsən Nəsrullah deyib: “İran qida sahəsində xaricə bağlı deyil. Sənaye və təchizatları inkişaf etmişdir. Kosmosa peyk göndərir. Benzin və elektrik istehsal edir. Dərman ixracatını həyata keçirir və heç bir ölkəyə ehtiyacı yoxdur.”






























