Olaf Şolts Avropa İttifaqına gedən yolda Gürcüstana dəstəyini bir daha təsdiqləyib – Səfir

Az.shafaqna.com-un xəbərinə görə, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer özünün rəsmi Twitter səhifəsində yazıb ki, Olaf Şolts Avropa İttifaqına gedən yolda Gürcüstana dəstəyini bir daha təsdiqləyib.

Diplomat qeyd edib ki, Almaniya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini sarsılmaz dəstəkləyir.

“Gürcüstanın baş naziri ilə görüşdə Almaniya kansleri Gürcüstanın Avropa İttifaqına gedən yolu dəstəklədiyini, yaxın həftələrdə sürətli və cəsarətli islahatlara ehtiyac olduğunu bir daha təsdiqlədi. Rusiyanın Ukraynaya təcavüzünün nəticələrindən danışarkən qeyd olunub ki, Almaniya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini sarsılmaz dəstəkləyir”, – səfir yazıb.

İyunun 9-da Almaniyanın federal kansleri Olaf Şolts Berlində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bu məqaləni paylaş