Ukraynanın NATO-ya daxil olması məsələsi bu ölkədəki silahlı münaqişə bitəndən sonra həll ediləcək.
Az.shafaqna.com “la Repubblica”-ya istinadən xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri, Baş nazir müavini Antonio Tayani bildirib.
Onun fikrincə, öncə Ukraynadakı müharibənin başa çatmasını gözləmək lazımdır.
“Lakin eyni zamanda da Vilnüsdəki NATO sammitində biz Ukraynanın qoşulma yolunu müəyyən edəcəyik… Bu arada da biz daimi NATO-Ukrayna şurasına doğru gedirik. Bu, mühüm addımdır, çünki bu, Kiyevi beynəlxalq həllərə cəlb edir“, – deyə italiyalı XİN başçısı qeyd edib.
Bu məqaləni paylaş