“Mançester Siti” ilk dəfə Çempionlar Liqasının qalibi olub

UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final oyunu keçirilib.

“Az.shafaqna.com” xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gəliblər.

Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edib.

Oyunda “Mançester Siti” hesabı açıb. Rodri 68-ci dəqiqədə fərqlənib.

Matç bu hesabla da başa çatıb. “Mançester Siti” ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Bu məqaləni paylaş