MN: Ordumuzun bölmələri tərəfindən guya Ermənistan hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə məlumat həqiqətə uyğun deyil

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edir.

Bu məqaləni paylaş