Rusiyanın nüvə silahının Belarusda yerləşdirilməsi prosesi onun üçün nəzərdə tutulmuş müvafiq tikililərin hazırlığının başa çatmasından dərhal sonra start götürəcək.
Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş zamanı bəyan edib.
“Sizinlə razılaşdığımız daha çox həssas olan məsələlər ilə bağlı hər şey plan üzrə gedir. Siz bilirsiniz ki, 7-8 iyulda müvafiq tikililərin hazırlığı başa çatır. Və dərhal da sizin ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədibləri başladacağıq. Odur ki, hər şey plan üzrədir, hər şey stabildir“, – deyə o qeyd edib.
Putin deyib ki, təhlükəsizlik məsələlərinin barəsində Lukaşenko ilə “göz-gözə” danışacaq.
“Ümumən vəziyyət sabitdir, mən hətta deyərdim ki, yaxşıdır. Biz bu sahədə əminliklə qarşılıqlı əlaqədəyik“, – deyə o əlavə edib.