“Qərb bilir ki, bu, Gürcüstanı dağıdacaq, amma yenə də…”

Rəsmi Tbilisini Kremlə qarşı sanksiyalar tətbiq etməyə çağırırlar, lakin təkcə Ukrayna üzərindən aparılan birtərəfli qaz ticarətinin həcmi Gürcüstanla Rusiya arasındakı 1 illik bütün ticarət mübadiləsinin həcmindən 3 dəfə çoxdur.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri, hakim “Gürcü Arzusu” partiyasının liderlərindən biri Giya Volski bəyan edib.

Nəyə görə onlar bu mövzuya ağırlıq verirlər? Düşünmürlərmi ki, biz bunu yerinə yetirə bilmərik, çünki ölkə həqiqətən də dağılacaq, onların özləri də bunu yaxşı bilirlər. Onlar qazla da ticarət edirlər, enerji resursları ilə də, almazlarla da. Təkcə Ukrayna üzərində aparılan birtərəfli qaz ticarətinin həcmi bizim Rusiya ilə 1 illik ticarət dövriyyəmizdən 3 dəfə çoxdur“, – deyə o qeyd edib.

Siyasətçi hesab edir ki, bu mövzu Gürcüstana Aİ-yə daxil olmaqla bağlı namizəd-ölkə statusunun verilməsi məsələsinin həlli zamanı istifadə edilə bilər.

Buna əsasən, bu, gələcəkdə onların bu gün konkret siyasi konyukturaya lazım olan siyasətdən irəli gələn qərarı qəbul edə bilmələri üçün səni daim bu ədalətsiz töhmətlər altıda saxlamaları üçün olan bir mövzu deyilmi?“, – deyə Volski əlavə edib.

Statusun verilməsi ilə bağlı mənfi qərar gözlənilirmi?” sualının cavabında o deyib ki, ağıllı hakimiyyətlərin istənilən vəziyyətin nəzərə alınması ilə bağlı hesab-kitabları olmalıdır.

Çünki, həmin rəqəmlərə baxmayaraq, sonradan inqilabi prosesin baş verməsi üçün bütün müxalifət spektri bizə namizəd statusunun verilməməsni gözləyir“, – deyə o vurğulayıb.

Vitse-spikerin sözlərinə görə, Qərb bunu bilir və bu məsələ ilə bağlı ədalətli qərarın olmasının əvəzinə onlar yenə də saksiyalar barədə danışırlar.

Bu məqaləni paylaş