Həkim az yatmağın fəsadları barədə danışdı

Həkim-somnoloq Roman Buzunov az yatmağın hansı nəticələrə gətirib çıxara biləcəyi barədə danışıb.

Az.shafaqna.com rus mediasına istinadən xəbər verir ki, mütəxəssis az yatmağın ilk gündəncə orqanizmə təsir etdiyini deyib.

Onun sözlərinə görə, insanın hal-əhvalı pisləşir, onda baş ağrısı və zəiflik, taqətsizlik yarana bilər.

Uzun müddət davam edən azyatma immuniteti pisləşdirir və bu da infeksion xəstəliklərin tezliklərinin artmasına səbəb olur və hətta onkoloji patolojiyalar riskini də artırır. İnsandakı mübadilə prosesləri pozulur. Bu, piylənmə və şəkər diabetinə aparır“, – deyə Buzunov bildirib.

Həkim həmçinin qeyd edib ki, azyatma çox vaxt yol-nəqliyyat hadisələrinin də səbəbi olur. Bəzi insanlar sükan arxasında yuxuya gedirlər.

Ekspertlərin qiymətləndirməsinə görə, hər il 5 minədək rusiyalı sükan arxasında yuxuya gedərək yol-nəqliyyat hadisəsi zamanı həyatını itirir“, – deyə o vurğulayıb.

Bu məqaləni paylaş