Ukrayna bu şərtlə Rusiya ilə danışıqlara razıdır

Əgər Kreml “xüsusi hərbi əməliyyatın” hədəflərini dəyişsə, sülh sazişi imkanları tədqiq ediləcək.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov bildirib.

Rusiyalıların maraqları səsləndirilib – bunlar (Ukraynanın) “denasifikasiya”, “demilitarizasiya”, “NATO-suzlaşdırılması”dır <…>. Əgər onları dəyişiblərsə, o zaman ZOPA – “zone of possible agreement” aydın olur, amma dəyişməyiblərsə, o zaman sırada qalın, biz sizsiz də nə cürsə buradan baş çıxaracağıq“, – deyə o qeyd edib.

Bu məqaləni paylaş