Azərbaycanın Türkiyədəki yeni ticarət nümayəndəsi Tamerlan Tağıyev fəaliyyətə başlayıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva “Twitter” hesabında məlumat verib.
Baş konsul, Tamerlan Tağıyevla görüşdüyünü bildirib. Tərəflər iqtisadi məsələləri müzakirə ediblər.
“Bu gün Azərbaycanın Türkiyəyə yeni təyin olunmuş ticarət nümayəndəsi cənab Tamerlan Tağıyev ilə iqtisadi əlaqələrdə gündəmdə olan məsələlərlə bağlı səmərəli fikir mübadiləsi apardıq. Hörmətli təmsilçimizə uğurlar arzulayıram. Ölkələrimiz üçün xeyirli olsun”, -deyə Nərminə Mustafayeva “Twitter”də qeyd edib.
Bugün #Azerbaycan‘ın #Türkiye‘ye yeni atanmış ticari temsilcisi sayın Tamerlan Tağıyev ile verimli bir görüş kapsamında ekonomi ilişkilerinde gündemde olan konulara dair fikir alışverişinde bulunduk. Sayın temsilcimize başarılar dilerim. Ülkelerimiz için hayırlı olsun! 🇦🇿🇹🇷 pic.twitter.com/cUyNyXymMc
— Nermine Mustafayeva (@NermineMustafa2) June 8, 2023