Rəsmi Kiyev silahlı münaqişə bitməyincə Qərb ölkələrinin qoşunlarının ölkəyə daxil edilməsinə ümidli deyil.
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba bəyan edib.
“Ukrayna ərazisindəki silahlı münaqişə başa çatanadək xarici dövlətlər ölkəmizin ərazisinə öz qoşunlarını daxil etməyəcəklər. Bundan da başqa, biz bunu istəmirik“, – deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün “The Guardian” qəzeti NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin sözlərini dərc edib. O deyib ki, bir sıra NATO ölkələri “fərdi qaydada” Ukraynaya qoşun yeridə bilərlər. Onun fikrincə, əgər Kiyev 11-12 iyulda Vilnüsdəki NATO sammitindən heç nə əldə etməsə, o zaman Polşa və Baltikyanı ölkələr öz qoşunlarını Ukraynaya yerləşdirə bilər.