Fransada parkda uşaqlara bıçaqlı hücum

Fransanın cənub-şərqindəki Ansi kommunası yaxınlığında bıçaqlı hücum törədilib.

Az.shafaqna.com AFP-ə istinadən xəbər verir ki, insident gölün yaxınlığında yerləşən parkda baş verib.

Bıçaqla hücum edən kişi azı 7 nəfəri yaralayıb. Yaralılardan 6-sı uşaqlardır.

Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır; onlar xilasedici vertolyotlarla xəstəxanaya çatdırılıblar.

“Reuters”-in məlumatına görə isə, hücum nəticəsində 9 nəfər yaralanıb ki, onlardan da 8-i uşaqdır.

Digər bir mənbə – BFM isə bildirir ki, 4-ü uşaq olmaqla, 5 nəfər xəsarət alıb.

Bu məqaləni paylaş