“Qarabağ” türkiyəli mütəxəssis Tacəddin Doğanla vidalaşıb

“Qarabağ” klubu akademiya koordinatoru Tacəddin Doğanla vidalaşıb.

Az.shafaqna.com xəbər verir ki, Ağdam təmsilçisindən verilən məlumata görə, türkiyəli mütəxəssisin “köhlən atlar”la müqavilə müddəti başa çatıb.

Doğanla sözləşməni uzatmayan “Qarabağ” ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Tacəddin Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi.

Bu məqaləni paylaş