Türkiyənin yeni nazirlərinin andiçməsi baş tutdu

Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, bu gün Türkiyə Nazirlər Kabinetinin yeni üzvlərinin parlamentdə andiçmə mərasimi baş tutub.

Vitse-prezident Cövdət Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, əmək və sosial müdafiə naziri Vedat Işıkhan, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, XİN başçısı Hakan Fidan, energetika və təbii resurslar naziri Alparslan Bayraktar, gənclər və idman naziri Osman Aşkın Bak, xəzinə və maliyyə naziri Mehmet Şimşek, daxili işlər naziri Əli Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fəxrəddin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, ticarət naziri Ömer Bolat, nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu 28-ci çağırış parlamentin üzvləri qarşısında and içiblər.

Qeyd edək ki, Türkiyə yeni hökumətinin tərkibi prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 3 iyun axşam saatlarında Ankaradakı inaqurasiya mərasimindən sonra elan edilib.

Bu məqaləni paylaş