Müsəlman nənə 70 yaşında universitetdən məzun oldu

Səudiyyə Ərəbistanında 70 yaşlı müsəlman xanım Səlva əl-Omani Dəmmam şəhərində yerləşən universitetdən məzun olub.

Az.shafaqna.com xarici mediayaistinaədn xəbər verir ki, o, əla qiymətlərlə sənətşünaslıq fakültəsini bitirib və kursun ən yaxşı məzunu olub.

Mən indi – nəhayət ki, həyatımın arzusunu həyata keçirdiyim bir zamanda öz hislərimi təsvir edə bilmirəm“, – deyə o qeyd edib və deyib ki, diplom təqdimatı zamanı olduqca sevinib.

50 ildir yarımçıq qoyduğum təhsili başa vurmaq misilsiz bir şeydir“, – deyə o əlavə edib.

Müsəlman xanım çox sayda insanın onu dəstəklədiyini və uğurlar arzuladığını əlavə edib.

Əl-Omani 1971-ci ildə məktəbi bitirərək valideynləri ilə birlikdə İraqın Bəsrə şəhərinə köçüb. Orada Bəsrə Universitetinin kimya fakültəsinə daxil olub, lakin təhsilini başa vura bilməyib. 1980-ci illərdə isə ailəsi ilə birlikdə ölkəsinə geri dönərək Dəmmam şəhərində məskunlaşıb. Ailədir, 5 övladı var.

Bu məqaləni paylaş