“Qəbələ” klubu braziliyalı hücumçusu ilə vidalaşıb

“Qəbələ” klubu futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.

“Az.shafaqna.com” xəbər verir ki, futbol klubundan verilən məlumata görə, 2022-ci ilin yayından əyalət təmsilçisində forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb.

Braziliyalı legioner ötən mövsüm “Qəbələ”də keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında isə 2 dəfə rəqib qapılarına yol tapıb.

O, komanda ilə Azərbaycan Kubokunun da qalibi olub.

Bu məqaləni paylaş