Hansı halda bir şəxsə getmək və qayıtmaq xərcini versələr Həcc vacib olmur?
Az.shafaqna.com böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin Həcclə bağlı bu sualın cavabını özündə açıqlayan şəriət məsələsini təqdim edir.
“Əgər bir şəxsə getmək və qayıtmaq xərcini versələr, amma qayıdana kimi ailəsinin xərclərini təmin etməsələr həcc ona vacib deyildir. Lakin ailəsinin xərclərinə özü sahib olsa və ya həccə getməsəydi belə onları təmin edəcək bir şeyi yoxdursa və ya onun getməsi ilə ailəsi məşəqqət və çətinliyə düşmürlərsə və yaxud da həmin şəxsin vacibun-nəfəqəsi (xərclərinin ödənilməsi vacib olan şəxs) yoxdursa, həcc ona vacib olur (deyilən bütün istisna hallarda).”
Bu məqaləni paylaş