Gürcüstan: Ukrayna münaqişəsi danışıqlarla həll edilməlidir

Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin alternativi yoxdur.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili bəyan edib.

Mən hesab edirəm ki, hər kəs gücünü toplayaraq danışıqlar masası arxasında əyləşməlidir. Sülh danışıqları prosesi başlamalıdır. Bunun alternativi yoxdur“, – deyə o qeyd edib.

Qaribaşvili vurğulayıb ki, bütün kontinent təhlükədədir.

Nüvə müharibəsi ritorikası təkcə siyasi diskursa geri dönməyib, biz həm də hər gün real təhlükələrin daxil olduğunu görürük. Və bu ciddi reaksiya tələb edir. Kontinentimiz ümumilikdə böyük fəlakətlə üzləşə bilər”, – deyə o əlavə edib.

Bu məqaləni paylaş