Fransa yaxın aylarda Afrikanın 3 ölkəsindəki hərbi qulluqçularının sayını azaltmaq niyyətindədir.
Az.shafaqna.com fransız mediasına istinadən xəbər verir ki, rəsmi Paris ilin sonunadək həmin kontingentini “bir neçə yüz nəfər azaldacaq”. Məxsusən də, Abican (Kot-d’İvuar), Dakar (Seneqal) və Librevildəki (Qabon) fransız hərbçilərinin sayı azaldılacaq.
Hazırda bu ölkələrdə ümumilikdə təxminən 1,7 min fransız hərbçi var.
Bununla belə, planlaşdırılan azalma Cibutidəki hərbi kontingentə şamil edilməyəcək. Bu ölkədə 1,5 min fransalı hərbi qulluqçu var.
Bu məqaləni paylaş