Erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmaq cəhdlərinin qarşısı alındı

Az.shafaqna.com-un verdiyi xəbərə görə, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bu məqaləni paylaş