Emin Səmədov: QlobalTV yenidən fəaliyyətə başlayır

Azərbaycanda fəaliyyət göstərən və illər öncə fəaliyyəti dondurulan QlobalTV yenidən fəaliyyətə başlayıb.

Bununla Az.shafaqna.com QlobalTV-nin direktoru  Emin Səmədovdan münasibət alıb.

O qeyd edib ki, texniki işlər həll olub və 2023-cü ilin yanvar ayından etibarən tam fəaliyyətə başlayacaq.

“Biz yeniliklərlə fəaliyyətə başlayırıq. İzləyicilər istər TV-nin dekorları, istər sayt, istərsə də sosial media üzərindən bu yenilikləri görəcəklər”, -deyə Emin Səmədov bildirib.

QlobalTV-nin youtube səhifəsinin xakerlər tərəfindən ələ keçirilməsini xatırladan Emin Səmədov “Youtubeinstagramfacebooktiktok və gələcəkdə aktual olan bütün sosial şəbəkələrdə fəaliyyət göstərəcəyik”, -deyə əlavə edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş