ASELSAN rəhbəri Türkiyənin müdafiə sənayesi naziri oldu

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haluk Görgünü Türkiyənin müdafiə sənayesi naziri vəzifəsinə təyin edib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.

Qeyd edək ki, Haluk Görgün indiyədək müdafiə sənayesi şirkəti “ASELSAN”nın idarə heyətinin sədri vəzifəsini icra edib.

Bu məqaləni paylaş