Lavrov: Avropa Rusiyaya qarşı müharibə yolunu seçib

Avropa Rusiyaya qarşı müharibə yolunu seçib.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Avropaya gəlincə, bizim Xarici Siyasət Konsepsiyamızda deyilir ki(, əgər sadə dillə desək), Avropa bizə qarşı müharibə yolunu seçib. Biz, əlbəttə ki, hər bir halda onlarla “yanbayan” yaşamalıyıq. Lakin bu, müharibədirsə, o zaman biz öz hədəflərimizə çatmalıyıq. Bizim hədəflərimiz avropalılarla müqayisədə qat-qat çox nəcibdir. Onlar yad olan bir şeyi istəyirlər, biz isə özümüzünkünü“, – deyə o qeyd edib.

Lavrovun sözlərinə görə, Rusiya, ABŞ-dan fərqli olaraq, “bütün xalqlar üçün hər zaman qonaqpərvər olub”, Moskva “heç vaxt yad olan şeyi istəməyib”.

Bu məqaləni paylaş