Rusiya XİN: Moskva Çinin sülh təşəbbüsünü yüksək qiymətləndirir

Az.shafaqna.com-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, Moskva Pekinin Ukrayna probleminin həlli ilə bağlı sülh təşəbbüsünü yüksək qiymətləndirir, lakin hər şey Kiyevi idarə edən dövlətlərin reaksiyasından asılı olacaq.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə müsahibəsində deyib.

“Biz Qərb həmkarlarından fərqli olaraq Çinin təklifini yüksək qiymətləndiririk. Gələcəkdə bunun necə olacağını görəcəyik. Hər şey Kiyevin kuratorlarından asılıdır”, – deyə Rudenko qeyd edib.

Bu yaxınlarda Andrey Rudenko İndoneziyanın Ukrayna böhranı ilə bağlı sülh planını müsbət qarşılayıb. İyunun 3-də İndoneziyanın müdafiə naziri Prabovo Subianto Sinqapurda keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsini və orada demilitarizasiya zonasının yaradılmasını təklif edib. Ukrayna Xarici İşlər Nazirliyi İndoneziyanın bu sülh planını qəti şəkildə rədd edib.

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində bildirib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı (XHƏ) başa çatdırmalıdır, bunun başqa alternativi yoxdur.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş