ABŞ-ın bir şəhərində iki həftə ərzində 30-a yaxın uşaq itkin düşüb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının Klivlend  şəhərində 2023-cü ilin may ayının ilk iki həftəsində 30-a yaxın uşaq itkin düşüb.

Nyuburq-Hayts polis rəisi Con Mecoy  bildirib ki, 2-16 may tarixlərində şəhərdə 27 uşaq itkin düşüb.

Klivlend İtkin Təşkilatı (Cleveland Missing) İdarə Heyətinin sədri vəzifəsini də icra edən polis rəisi onu da söyləyib ki, uşaqların itməsi 2023-cü ildə görünməmiş səviyyəyə çatıb.

Vəziyyətin narahatlıq doğurduğunu bildirən C.Mecoy deyib: “Biz bilmirik ki, bu uşaqların başına nə gəlib? Onlar insan alverinin, dəstə fəaliyyətinin, yoxsa narkotikanın qurbanı olublar”.

Qeyd edək ki, artıq Klivlend və Ohayonun şimalındakı digər bölgələrdə artan itkin bağlı ABŞ Hüquq-Mühafizə Xidməti “Biz səni tapacağıq” əməliyyatına başlayıb.

Bu məqaləni paylaş