Ermənistan cari ilin sonunadək Azərbaycanla sülh müqaviləsi bağlaya bilər.
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katbi Armen Qriqoryan danışıb.
O deyib ki, danışıqlar olduqca intensiv keçir.
“Əgər biz bu intensivliyi saxlaya bilsək və irəliləyişin əldə edilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətli dəstək olsa, ilin sonu üçün sülh sazişinə sahib olmaq şansı var”, – deyə Qriqoryan bildirib.
Onun sözlərinə görə, Ermənistan mümkün qədər tez sülh razılığının əldə edilməsinə nail olmağa hazırlaşır.
Bu məqaləni paylaş