26 yaşlı yapon Saki Takao həyatının ən əsas qərarı barədə danışıb.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, yaponiyalı gənc qız şəhadət gətirərək İslam dinini qəbul edib.
Prosesin digər bir maraqlı tərəfi də budur ki, o, kəlmeyi-şəhadəti öz doğum günündə 15 nəfərin – ailə üzvlərinin və qohumlarının qarşısında oxuyub. Yaxınları onun bu addımını dəstəklədiklərini bildiriblər.
Saki Yaponiyada doğulub böyüyüb, Osaki universitetlərindən birini bitirib və məktəbdə müəllim olaraq fəaliyyət göstərir.
Tələbəlik illəri zamanı Türkmənistandan olan digər bir tələbə onun diqqətini çəkib – müsəlman tələbə spirtli içki içmirdi. Əvvəl-əvvəl Saki yad mədəniyyətin təmsilçisinin bu hərəkətinə qorxu ilə yanaşıb və onunla ünsiyyətini kəsib.
Amma zamanla Saki onunla onun dini səbəbilə dostluğunu kəsməsinə görə özünü təqsirli bilib və İslam dini barədə təfəkkür etməyə başlayıb.
O, hətta müsəlman ölkələrinə səyahət etmək qərarı da qəbul edib – Türkiyə və İndoneziyada olub.
Yapon İslam və müsəlmanlar haqda olan təsəvvürü dəyişib, o, hətta məscidlərə daxil olaraq İslamla daha yaxından tanış olmağa başlayıb.
Nəhayət Saki müsəlman olmaq qərarına gəlib. O, öz məramını valideynləri ilə bölüşüb. Qızın ana və atası öncə təəssüf hissi duyublar, lakin ona bu addımında mane olmağa da çalışmayıblar. Sakinin şəhadətin gətirməsi mərasimində onun valideynləri də iştirak edib.