Türk komandoları NATO-nun istəyi ilə Kosovaya getdilər

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Kosovodakı hadisələrindən sonra türk komandoları NATO-nun istəyi  ilə böllgədə xidmət göstərəcək Türkiyə Silahlı Qüvvələrinin (SQ) 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına aid heyəti  Kosovoya təhvil-təslimi başa çatıb.
Kosovoda baş verən hadisələrindən sonra NATO Birgə Qüvvələr Komandanlığının tələbi ilə təyin edilmiş komando heyətinin maşınlarını daşıyan yük maşını karvanı Kosovo Sultan Murat kazarmasına gedib.

Kırklarelinin Lüleburgaz rayonunda yerləşən və ehtiyat birlik olaraq təyin olunan 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığının komando briqadasının istifadə edəcəyi avtomobillər yük maşınları ilə kazarmadan çıxıb.

Ədirnəyə gələn maşınları daşıyan karvan Kapıkule sərhəd-keçid məntəəsindən ayrılaraq Kosovoya tərəf gedib.
Heyətin təhvil verilməsi başa çatdıqdan sonra Türkiyə Milli Müdafiə Nazirliyindən yeni açıqlama verilib.

Nazirliyin sosial media paylaşımında “Qəhrəmanımız Mehmetcikə Kosovoda sülh və əmin-amanlığın qorunması üçün xeyirli və uğurlu missiyalar diləyirik” deyilib.

Bu məqaləni paylaş