Azərbaycanda Mərkəzi Bankın iqtisadi müstəqilliyi artırılır

Azərbaycanda Mərkəzi Bankın iqtisadi müstəqilliyi artırılır.

Az.shafaqna.com-un məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və u zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz. Layihəyə əsasən, artıq qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər Mərkəzi Bankın fəaliyyəti üzərində monitorinq də həyata keçirə bilməz.

Bu məqaləni paylaş