Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycan Ordusunun mövqələri atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu məqaləni paylaş