Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın yüksək dağlıq yerdə olan kurortları 10 iyuldan yay sezoununu açır.

Bu haqda Gürcüstan Dağ kurortlarının inkişafı şirkəti məlumat yayıb.

Bildirilir ki, yay mövsümü koronavirus pandemiyası nəzərə alınmaqla bütün təhlükəsizlik tədbirlərinin gözlənilməsi ilə açılacaq.

Həmin kurortlar Qudauri, Bakuriani və Svanetidir.

Dağ kurortlarının məşhurlaşması və inkişafı üçün qış kurortlarının 4-mövsümlük olması mütləqdir”, – deyə qeyd edilir.

Dağ kurortlarında koronavirusun yayılmasının qarşısını almaq üçün xüsusi təhlükəsizlik qaydaları hazırlanıb.

Həmçinin kurortun qonaqları 2-metrlik məsafəni gözləməlidirlər.

Əvvəlki məqaləMəscidi: İraq İran düşmənlərinin olduğu yer olmayacaq
Növbəti məqalədəGürcüstan bu 5 ölkə üçün öz sərhədlərini açır