Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin prezidenti Armen Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrlərinə, xüsusilə də Rusiyaya Qarabağda atəşkəsin əldə edilməsindəki yardımına görə təşəkkür edib.

Bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Ermənistan prezidenti Minsk qrupunun bütün həmsədrlərinə – ABŞ, Fransa, Rusiyaya atəşkəsdəki vasitəçiliyinə görə təşəkkür edib, Rusiya prezidenti (Vladimir) Putin və xarici işlər naziri (Sergey) Lavrova isə xüsusi təşəkkürünü bildirib”, – deyə bildirilib.

İşğalçı rejim prezidenti atəşkəs rejiminin “sülh prosesinə qayıdışın başlanğıcı” olacağına ümidini ifadə edib.