Qüds şəhərinin şərq hissəsində və İordan çayının Qərb sahilində 2023-cü ilin əvvəlindən 112 fələstinli qətlə yetirilib.
Az.shafaqna.com “Anadolu”-ya istinadən xəbər verir ki, buna Birləşmiş Millətlər Təşkilatının (BMT) raportu dəlalət edir.
BMT Humanitar Məsələlərin Koordinasiyası İdarəsi tərəfindən hazırlanmış hesabatda cari ilin əvvəlindən bəri İsrail qüvvələrinin qətlə yetirdiyi və yaraladığı fələstinlilərin sayı barədə məlumat var.
Qeyd edilir ki, İsrail qüvvələri 2023-cü ilin əvvəlindən 29 mayadək olan dövr ərzində Qüds şəhərinin şərqində və Qərb sahilində 107 fələstinlini qətlə yetiriblər, 4 229 fələstinli isə yaralanıb.
Bu məlumata əsasən, fanatik yəhudi miqrantlar isə ilin əvvəlindən bəri fələstinlilərə qarşı 409 hücum həyata keiriblər. Bu hücumların nəticəsində də 5 fələstinli qətlə yetirilib və 105-i də yaralanıb.
Qüds şəhərinin şərq hissəsində və Qərb sahilində fələstinlilərə məxsus 575 ev dağıdılıb.
Ümumilikdə isə ilin əvvəlindən bəri Qüds şəhərinin şərq hissəsndə və Qərb sahilində İsrail qüvvələri tərəfindən 112 fələstinli qətlə yetirilib.
HƏMÇİNİN OXU: İsrail qüvvələri ata və 2 yaşlı uşağı güllələdi
