Rəsmi Budapeşt hesab edir ki, Ukrayna ordusunun əks-hücuma keçməsinə yol verməmək lazımdır.
Az.shafaqna.com “Kossuth”a istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bəyan edib.
Ukrayna Silahlı Qüvvələrinin əks-hücuma hazırlaşmasına dair xəbərləri şərh edən Orban deyib:
“İri strateji həmlələrin keçirilməsi qanlı qırğın deməkdir. Hətta mənim kimi orduda yalnız cəmi 1,5 illik xidmət təcrübəsi olan insan da bilir ki, hücum edən tərəfin itkiləri müdafiə olunan tərəfin itkilərindən 3 dəfə çox olur“.
“Ukraynalılar əks-hücuma keçməzdən öncə biz əlimizdən gələn hər bir şeyi etməliyik ki, atəşkəsə sülh danışıqlarının başlamasına nail olaq“, – deyə Orban qeyd edib.
Bu məqaləni paylaş