Avropa: İstəsək, Ukraynada müharibəni tezliklə başa çatdırarıq, amma…

Əgər Qərb rəsmi Kiyevə hərbi dəstək verməyi dayandırsa, Ukraynadakı münaqişə bir neçə həftə ərzində başa çatacaq.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin başçısı Jozep Borrel bəyan edib.

Mən Ukraynadakı müharibənin necə başa çatdırıla biləcəyini bilirəm. Bu, olduqca asandır. Biz Ukraynaya hərbi dəstəyi dayandırırıq və müharibə bir neçə həftəyə bitir“, – deyə o qeyd edib.

Eyni zamanda Borrel belə bir sual da verib: hərbi yardımın kəsiləcəyi halda Ukrayna münaqişəsi nə cür başa çatacaq?

Bu, mühümdür ya mühüm deyil? Əgər mühümdürsə, o zaman biz Ukraynaya hərbi yardımı dayandıra bilmərik“, – deyə o bildirib.

Məsələ müharibəni başa çatdırmaqda deyil, müharibəni necə başa çatdıracağımızdadır“, – deyə Borrel əlavə edib və vurğulayıb ki, Qərb “Ukraynada sülh istədiyinə görə” rəsmi Kiyevə hərbi dəstəyi davam etdirəcək.

HƏMÇİNİN OXU:

  1. Polşa: Ukraynada ya Qərbin sonu gələcək, ya da Rusiyanın…
  2. Qaribaşvili: Müharibənin səbəbləri NATO və Ukraynanın bu istəyidir
Bu məqaləni paylaş