Az.shafaqna.com-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qara dəniz Taxıl Təşəbbüsünün koordinatoru Abdullah Abdussəməd Dəşti, Qara dənizə taxıl girişi çərçivəsində 30,5 milyon ton taxıl daşıyan 1900-dən çox gəminin yoxlanıldığını söyləyib.
Dəşti və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala ÜTT-nin təşkil etdiyi “Qara dəniz Taxıl Təşəbbüsü” tədbirində çıxış ediblər.
Qara dəniz Taxıl Təşəbbüsü çərçivəsində 1900-dən çox gəmini yoxladıqlarını qeyd edən Dəşti “Yoxlama qrupu 7 gün işləyir. Bu, həqiqətən də asan iş deyil” deyib.
Mayın ortalarında BMT-nin vasitəçiliyi ilə həyata keçirilən “Taxıl sazişi”nin müddətinin ikinci dəfə uzadıldığını xatırladan Deşti ilk iki dövrdə təşəbbüsün Rusiya və Ukraynadan 45 ölkəyə 30,5 milyon ton taxıl və ərzaq məhsullarının daşınmasını asanlaşdırdığını, qlobal ərzaq qiymətlərini düşürdüyünü və bazarlarda sabitlik yaratdığını vurğulayıb.
Okonjo-İveala isə Qara dəniz bölgəsindəki qarşıdurma, Ukraynadakı müharibə və epidemiya ilə yaşanan böhranların qida və enerji sahəsində böhrana səbəb olduğunu bildirib.
Ərzaq qiymətlərinin yüksək olması, taxıl və gübrə əldə etməkdə yaranan problem nəticəsində ÜTT üzvlərinin bir çoxunun bu məsələyə böyük maraq göstərdiyini qeyd edən Okonjo-İveala qidaya əlçatanlıq baxımından daha yaxşı vəziyyətdə olduqlarını qeyd edib.
BMT-nin sözçüsü Stefan Dujarrik də gündəlik mətbuat konfransında xüsusilə may ayında ciddi bir yavaşlama olduğuna diqqət çəkib:
“Qara dəniz Taxıl Təşəbbüsünün icrasının ləngiməsindən narahatıq”.