Gəncə Dövlət Universitetində Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin əməkdaşları tərəfindən “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda görüş keçirilib.
“Az.shafaqna.com” xəbər verir ki, universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək mövzunun aktuallığından söz açıb.
Mərkəzin əməkdaşları mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına məlumat veriblər, mövzuya aid fotoslaydlar nümayiş etdiriblər.
Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bu məqaləni paylaş