Zəngilanda ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad olunan ərazilərə növbəti səfəri təşkil olunub.

“Az.shafaqna.com” xəbər verir ki, səfərin məqsədi ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclasını keçirməkdir.

Zəngilan rayonu Ağalı kəndində reallaşan iclasa Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edir.

Toplantıda görülən işlər və cari məsələlər ilə yanaşı Zəngilan rayonunun biomüxtəlifliyi haqqında, işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə olunması, bu ərazilərində yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) KSES-lərin tikintisi ilə bağlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı faydalı qazıntı yataqlarının istifadəsi haqqında müzakirələr aparılacaq.

Bu məqaləni paylaş