Türkiyə parlamentinin yeni tərkibinin andiçməsi baş tutacaq

Bu gün – 2 iyunda Türkiyənin yeni 28-ci çağırış parlamentinin heyətinin andiçmə mərasimi baş tutacaq.

Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, ali qanunverici orqanın ilk iclasını deputatların yaşca ən böyüyü – Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli başladacaq.

Daha sonra isə deputatlar növbə ilə tribunadan Konstitusiyada sabitlənmiş andiçmə mətnini oxuyacaqlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da parlamentin ilk iclasında iştirak edərək fəxri qonaqlar lojasından andiçmə prosesini izləyəcək.

Bundan sonra isə parlamentin yeni spikerinin seçilməsi prosesi start götürəcək.

Xatırladaq ki, Türkiyədə parlament seçkiləri 14 mayda baş tutub.

Nəticələrə əsasən, hakim AKP 268 deputat mandatı, “Yeni Rifah” partiyası 5, MHP 50, “Yaşıl Sağ Partiya” 61, “İşçi Partiyası” 5, CHP 169, İYİ partiyası isə 43 deputat mandatı qazanıb.

Seçkilərdəki iştirak səviyyəsi 87,05% olub.

Qeyd edə ki, prezident Ərdoğanın andiçmə mərasimi 3 iyunda parlament binasında baş tutacaq.

Bu məqaləni paylaş