Dənizkənarı Bulvar İdarəsi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ödənişsiz aksiya keçirib.
Bu barədə “Az.shafaqna.com”a İdarədən məlumat verilib.
Bildirilib ki, Dənizkənarı Bulvar İdarəsi uşaqlara 5 atraksiondan ödənişsiz istifadə üçün şərait yaradıb. Bu dəfə uşaqlar avtodrom, uşaq pavilyonu, batut, “Karnaval-1” və “Karnaval-2″də əyləncəli anlar yaşayıblar.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsi bu ənənəni artıq uzun illərdir həyata keçirir.
Bu məqaləni paylaş