Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Azərbaycan və Ermənistan arasındakı humanitar atəşkəsi alqışlayır.
Bu barədə Gürcüstan XİN-in bəyanatında deyilir.
Tbilisi münaqişənin həllində tərəqqinin əldə ediləcəyinə ümidini ifadə edib.
“Azərbaycan və Ermənistan arasındakı atəşkə razılığını salamlayırıq. Gələcək danışıqların münaqişənin yoluna qoyulmasında irəliləyiş və möhkəm sülhün bərqərar edilməsinə, bütün regionun təhlükəsizliyin möhkəmlədilməsinə və çiçəklənməsinə səbəb olacağına ümid edirik”, – deyə qeyd edilib.
Xatırladaq ki, atəşkəs 10 oktyabr 12:00-dan qüvvəyə minib.
Bu məqaləni paylaş