
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Suriyaya dair danışıqların növbəti raundu Nur-Sultan şəhərində oktyabrın sonu baş tuta bilər.
Bu barədə danışıqlara yaxın mənbədən məlumat verilib.
“İstisna etmirik ki, bu, oktyabrın sonunda ola bilər”, – deyə mənbədən qeyd edilib.
Xatırladaq ki, sentyabr ayının sonu İran XİN başçısı Məhəmməd Cavad Zərif bəyan etmişdi ki, Suriya ilə bağlı “Astana” formatının zamin ölkələri Suriya hökuməti və müxalifəti arasında danışıqların yeni raundunun keçirilməsi imkanı üzərində işləyir. O qeyd edib ki, 3 zamin ölkə nazirlərinin görüşü zərurət olduqca keçiriləcək.
Qeyd edək ki, daha öncə Suriyanın müxalif “Milli Diplomatiya” hərəkatının katibi Mahmud Əfəndi Suriya hökumət və müxalifətinin nümayəndələrinin iştirakı ilə Suriya ilə bağlı “Astana” formatındakı danışıqların cari ilin oktyabrında keçirilə biləcəyini demişdi.






























