Masallı və Cəlilabadda kartof ucuzlaşıb. Yerli fermerlər bildirir ki, məhsul bol olduğu üçün aşağı qiymətə satmağa məcbur qalırlar.
“Az.shafaqna.com” xəbər verir ki, fermerlər “Xəzər” TV-yə deyib ki, hazırki qiymətlər məhsula çəkilən əziyyətə və xərcə dəymir.
Qiymətlərdən razı qalanlar isə alıcılardır.
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, kənd təsərrüfatı məhsullarının ucuzlaşması proqnozlaşdırılırdı: Ona görə də fermerlərə tədarük üçün lazımi şərait yaradılmalıdır.
Onun fikrincə, digər meyvə-tərəvəzlərin də qiymətinin enməsi gözlənilir
Bu məqaləni paylaş