Ərdoğanın andiçmə mərasimi bu tarixdə baş tuta bilər

Türkiyə prezidentliyi postuna yenidən seçilən Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasiminin baş tuta biləcəyi tarix açıqlanıb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ərdoğanın müşaviri Mehmet Uçum məlumat verib.

Əgər Ali Seçki Komissiyası prezident seçkilərinin yekun nəticələrini 1 iyunda elan edərsə, təqvim bu cür görünə bilər: andiçmə mərasimi 3 iyun Ankarada keçiriləcək“, – deyə o qeyd edib.

Uçumun sözlərinə görə, həmin gündəcə prezident yeni nazirlər kabinetinin üzvlərinin siyahısını da bəyan edəcək.

Bu məqaləni paylaş