Medvedev Britaniyanı hədələdi: “Gicbəsər məmurlarınız unutmasın ki…”

London faktiki olaraq Kremlə qarşı elan edilməmiş müharibə aparır.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib.

Bu gün Böyük Britaniyanı Ukraynanın müttəfiqi kimi çıxış edir, ona texnika və mütəxəssislər qismində hərbi yardım göstərir, yəni de-fakto Rusiyaya qarşı elan edilməmiş müharibə aparır. Belə olan halda onun müharibəyə kömək edən istənilən vəzifəli şəxsi, istər hərbi, istərsə də də mülki (vəzifəli şəxsi) qanuni hərbi hədəf kimi gözdən keçirilə bilər“, – deyə o qeyd edib.

Medvedev bu cür Birləşmiş Krallığın xarici işlər naziri Ceyms Kleverlinin sözlərinə cavab verib.

Xatırladaq ki, Kleverli Moskvaya edilən PUA hücumunu şərh edərkən Ukraynanın Rusiya ərazisində də Rusiyaya qarşı hücumlar həyata keçirmək haqqının olduğunu bildirib.

TŞ sədr müavini isə, öz növbəsində, rəsmi Londonun olduğu vəziyyətə diqqət çəkib.

Böyük Britaniyanın – bizim əbədi düşmənimizin gicbəsər məmurları yadda saxlamalıdırlar ki, müasir şəraitdə müharibənin aparılmasını tənzimləyən ümumi qəbul edilmiş beynəlxalq hüquq, o cümlədən də əlavə protokolları ilə birlikdə Haaqa və Cenevrə konvensiyaları çərçivəsində onların (Britaniyanın) vəziyyətini müharibə şəraitində olmaq kimi səciyyələndirmək olar“, – deyə o əlavə edib.

Bu məqaləni paylaş