Az.shafaqna.com “Opta”-ya istinadən xəbər verir ki, Braziliya yığmasının hücumçusu Neymar Argentina milli komandasının forvardı Lionel Messinin rekordunu keçib.

Braziliyalı futbolçular dünya çempionatı üçün seçmə qarşılaşmasında 5:0 hesabı ilə Boliviya komandasını darmadağın ediblər.

Neymar bu oyunda 18 uğurlu driblinq reallaşdırıb və bununla da, dünya birincliyi üçün son 3 seçmədə ən yaxşı nəticəyə imza atıb.

Beləliklə də, Neymar Messinin 2011-ci rekordunu qırıb – argentinalı idmançı həmin il Kolumbiya ilə oyunda 15 uğurlu driblinq yerinə yetirmişdi.