AKP və onun başçılığı altındakı “Cumhuriyyət İttifaqı” yeni çağırış Türkiyə parlamentindəki 600 yerdən 323 yeri tuta bilib.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komitəsinin (MSK) başçısı Əhməd Yener bildirib.
“28-ci çağırış parlamentin tərkibi üzrə keçirilən 14 may seçkilərinin yekun nəticələri komissiya tərəfindən təsdiq edilərək nəşr üçün rəsmi qəzetə göndərilib“, – deyə o qeyd edib.
Yenerin sözlərinə görə, ittifaqa daxil olan hakim AKP 268, Yeni Rifah Partiyası 5 yer, Millətçi Hərəkat Partiyası isə 50 yer qazanıb.
Bundan başqa, CHP 169 yer, “İYİ parti” isə 43 yer tuta bilib.
Bu məqaləni paylaş