NATO Kosovoya əlavə 700 hərbi qulluqçu göndərəcək.
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq bəyan edib.
Bundan başqa, onun sözlərinə görə, “zərurət halında göndərilmək üçün” əlavə 1 batalyonun da hazırlığı həyata keçirilir.
Serbiya tərəfi bildirib ki, NATO missiyası öz verdiyi zəmanətlərə əməl etməyərək kosovolu serbləri müdafiə etməyib və Kosovodakı vəziyyət olduqca pis istiqamətdə inkişaf edə bilər.
Bu məqaləni paylaş