Mütəxəssislər Avropa üçün hava ilə bağlı xəbərdarlıq etdilər

Az.shafaqna.com-un verdiyi xəbərə görə, İsveçrədə normal şəraitdə sərin və yağışlı keçən yaz dövrü bu il orta temperaturdan 1,5 dərəcə yüksək olub. Ölkənin cənubunda havanın temperaturu 1961-1990-cı illərdəki orta göstəricidən 2 dərəcə yüksək olub.

İsveçrədə xüsusilə mart ayında havanın temperaturu normadan təxminən 3 dərəcə yüksək olaraq qeydə alınıb. Martın 13-də Bazeldə ölçülən temperatur termometrlərə 23,4 olaraq düşüb ki, bunun rekord göstərici olduğu bildirilib.

Alp dağlarının şimalında 2023-cü ilin yaz ayları əsasən buludlu və yağışlı keçib, İsveçrənin mərkəzi və şərqində də rekord yağıntı qeydə alınıb. Ölkə üzrə orta yaz temperaturu isə iqlim normasından 1,5 dərəcə yüksək olub.

Meteoroloqlar bildirirlər ki, bu yay üçün etibarlı hava proqnozları iyunun sonu və ya iyulun əvvəlində verilə bilər.

Avropada 2023-cü ilin qışı da normadan yüksək temperaturla isti keçib. Bu, avropalılara qeyri-adi qış təcrübəsi yaşadıb. Mütəxəssislər iqlim dəyişikliyinin təsirinə diqqət çəkərək 2022-ci ilin də yayının quraq keçdiyi qitədə bu vəziyyətin təhlükələrinə qarşı xəbərdarlıq ediblər.

Bu məqaləni paylaş