Dövlət Gömrük Komitəsinin büdcə öhdəliyi artırılır

Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 5 milyard 728 milyon manatı və yaxud 17 %-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək.

“Az.shafaqna.com” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, təsdiq olunmuş proqnozla müqayisədə 925 milyon manat və yaxud 19,3 % çoxdur.

Bu məqaləni paylaş